Azğın "şirazilər firqəsi" Azərbaycan səfirliyinə hücum edib

Aran 3 views
Azğın "şirazilər firqəsi" Azərbaycan səfirliyinə hücum edib

İran İslam Respublikasına qarşı da düşmən mövqeyində olan uydurma "İngilis şiəsi"-ni yaymaq missiyasını öz üzərinə götürmüş azğın "şirazilər firqəsi" Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücum edib.

Həqiqi şiəliyin imicinə xələl gətirməyi qarşıya məqsəd qoyan bu ingiltərəyə mənsub olan qruplaşma, beynəlxalq sionizm ilə işbirliyi içərisində İrana qarşı da oxşar hərəkətlərə əl atır.

Özünü Xadimül-Mehdi adlandıran bir güruh bu şübhəli hücumun məsuliyyətini öz üzərinə götürüb.

Məqsədyönümlü şəkildə İmam Mehdinin(ə.c) adından su-istifadə edən bu qara güruh "İngiltərə şiəsi" cərəyanının "şirazilər firqəsi"ni təmsil edir.

Add Comments