Böyük Britaniya Baş nazirliyi binası qarşısında Qəzzaya dəstək aksiyası keçirilib

Aran 2 views
Londonda İngiltərə baş nazirinin ofisi qarşısında toplaşan müxtəlif qruplar Fələstinə dəstək və İsrail rejiminin Qəzza zolağına hücumlarını pisləyib.

 

İran mətbuatının məlumatına görə, bu aksiya çərşənbə günü axşam İslam İnsan Haqları Təşkilatı, Əhli-Beyt İslam İnstitutu və Fələstinə dəstək verən yəhudi icmasının iştirakı ilə keçirilib.

Mitinqdə Fələstin tərəfdarı olan müxtəlif qrupları təmsil edən şəxsiyyətlər çıxış ediblər.

Son günlərdə sionist qüvvələr Qəzza zolağına hücum edərək, qadın və uşaq da daxil olmaqla onlarla fələstinlini qətlə yetiriblər.

Add Comments