Cenində İsrail əsgərlərinin hücumu ilə üzləşən fələstinli gənclər

Aztabriz 6 views
Cenin-İranpress: Sionist əsgərlər Ceninin cənubundakı Qəbatiyyə kəndinə hücum edən zaman fələstinli gənclər onlara daş atıblar. İran Press xəbər agentliyinin məlumatına görə, bazar ertəsi səhər sionist əsgərlər hərbi maşınlarla Qəbatiyyə kəndinə hücum edərək, bu kəndin sakinlərini gülləbaran edib, onlardan bir neçəsini yaralayıblar. Sionist əsgərlər fələstinli döyüşçüləri hədəfə almaq və onları həbs etmək üçün həmişə Qəbatiyyə kəndinə hücum edir. Qəbatiyyə kəndində İsrail əsgərləri ilə qarşıdurma zamanı bir fələstinli gənc ayağından yaralanıb, daha 6 fələstinli isə İsrail əsgərləri tərəfindən vurularaq İbn Sina Cenin xəstəxanasına aparılıb. Sionist əsgərlər həmçinin Qəbatiyyə kəndində “Əla Zəkərnə” adlı fələstinli gəncin evinə basqın edib və eyni zamanda hücumu işıqlandırmaq üçün hadisə yerində olan müxbirlərə atəş açıblar. İsrail əsgərləri Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Saraya Əl-Qüds Batalyonlarının üzvü Alaa Zəkarnanın Qabatiyyə kəndindəki evinə basqı

Add Comments