İ.Əliyev:Azərbaycan Respublikası-İran sərhədləriAzərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Respublikası-İran sərhədləri dostluq sərhədləridir.

Aztabriz 4 views
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Respublikası-İran sərhədləri dostluq sərhədləridir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Respublikası-İran sərhədləri dostluq sərhədləridir.

SəhərAzəri xəbər verir, Əliyev dünən Qarabağda erməni qüvvələrin işğalından azad edilmiş Cəbrayıl rayonuna səfərdə və hərbi avtomobillə tarixi Xudafərin körpülərinin yaxınlığında Araz çayının kənarından keçərkən bu ölkənin İran İslam Respublikası ilə sərhədlərinə işarə ilə onu dostluq sərhədləri adlandırıbdır.

Əliyev bu səfərdə həmçinin ermənilər tərəfindən Cəbrayıl rayonunda tam şəkildə dağıdılmış yaşayış məntəqələrini müşahidə edərək deyib: Vəhşi düşmən bütün bu evləri dağıdıb, amma biz bu məntəqələri yenidən quracaq və bərpa edəcəyik.

Azərbaycan Respublikasının prezidenti həmin səfər zamanı habelə qonşu Füzuli rayonunda azad edilmiş bəzi bölgələrə baş çəkibdir.

Add Comments