Mərhum ustad Ğəlvəşin Ali Məqamlı Rəhbərin hüzurunda tilavəti – Video

Aztabriz 3 views
Tehran (IQNA) - Misrin dünya şöhrətli məşhur Quran qarisi Rağib Mustafa Ğəlvəş 1938-ci ilin İyul ayının 5-də anadan olmuş və 2016-cı ilin Fevral ayının 4-də 78 yaşında ikən vəfat etmişdir.

Misrin dünya şöhrətli məşhur Quran qarisi Rağib Mustafa Ğəlvəş 1938-ci ilin İyul ayının 5-də anadan olmuş və 2016-cı ilin Fevral ayının 4-də 78 yaşında ikən vəfat etmişdir.

Onun gözəl Quran tilavətləri indi də Misrdə, Ərəb ölkələrində və eləcə də dünyanın bir çox ölkələrində dini televiziya kanalları və radiodan eşidilir.

O, bir çox ölkələrdə, o cümlədən Fransa, Kanada, Amerika, Britaniya və İranda Quran fəaliyyətləri ilə bağlı səfərdə olmuş və Quran tilavət etmişdir.

Rağib Mustafa Ğəlvəş hicri-şəmsi (Günəş ili) tarixi ilə 1368, 1374, 1379 və 1381-ci ildə İran İslam Respublikasına səfər etmişdir.

O, bu səfərlərdən birində İmam Xomeyni (r.ə) "Hüseyniyyə"sində Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Üzma İmam Xameneinin hüzurunda tilavət icra etmişdir.

Aşağıda müşahidə etdiyiniz video Ğəlvəşin 1368-ci ildə (31 il öncə) İmam Xomeyni (r.ə) "Hüseyniyyə"sində Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Üzma İmam Xameneinin hüzurunda icra etdiyi tilavətin bir hissəsidir.

Add Comments