Beyrutda Şəhid Süleymaninin büstünün açılış mərasimi keçirilib

Aztabriz 3 views
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrin sabiq komandiri şəhid general-leytenant Şəhid Hacı Qasım Süleymaninin büstünün Beyrut küçələrinin birində keçirilən mərasimdə açılışı olub.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrin sabiq komandiri şəhid general-leytenant Şəhid Hacı Qasım Süleymaninin büstünün Livanın paytaxtı Beyrut şəhərinin küçələrinin birində təşkil edilən mərasimdə açılışı olub.

Müqavimət cəbhəsi şəhidlərinin sərdarı Hacı Qasım Süleymaninin büstü Beyrutun Qabiri bölgəsində bu böyük şəhidin adı ilə bəzədilmiş küçədə təşkil edilən mərasimlə açılıb.

Əhalinin müxtəlif təbəqələrinin, parlament üzvlərinin və Livan və Fələstin müqavimət qruplarının qatıldığı mərasimdə Müqəddəs Qüds azad olunana qədər şəhid Süleymaninin adı, yaddaşı və yolunun davam edəcəyi vurğulanıb.

Add Comments