Həsən Bitməz: Qasim Süleymani "İslam Şəhidi"dir

Aztabriz 2 views
Türkiyənin "Səadət Partiyası" rəhbərinin köməkçisi Həsən Bitməz IQNA ilə müsahibəsində general-leytenant şəhid Qasim Süleymanidən və terrorizmin müxtəlif cəhətlərindən danışıb.

Türkiyənin "Səadət Partiyası" rəhbərinin köməkçisi Həsən Bitməz IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində general-leytenant şəhid Qasim Süleymanidən və terrorizmin müxtəlif cəhətlərindən danışıb.

O deyib: Müqavimət ruhiyyəsi bu cəbhənin bayraqdarı və komandirinin şəhadəti ilə ölməyəcəkdir. Onun beynəlxalq sionizm və Amerika əleyhinə yaratdığı müqavimət ruhiyyəsi İslam dünyasında daha da çoxalıb və müsəlmanlarda sionizmin layihələrini məhv etmək üçün daha çox həssasiyyət və dərk yaradıbdır. Müqavimət ruhiyyəsi məhv edilməyib və hətta yeni həssas bir mərhəlyə qədəm qoyub.

Həsən Bitməz beynəlxalq təşkilatların Şəhid Qasim Süleymaninin terror məsələsinə ikili yanaşmasına işarə edərək deyib: Bu hadisə açıq-aşkar beynəlxalq qanunların pozulması və bir terror hücumu idi. Bu ümumbəşəri bir cinayətdir ki, beynəlxalq terrorizmlə mübarizə üçün bütün razılaşmalrı, insan haqları və ədaləti tapdalamışdır. Bu gün beynəlxalq hüquq təşkilatlarından bu hücumu pisləmələrini və terror adlandırmalarını gözləmirik. Çünki qərbin bu məsələyə yanaşması ikilidir, BMT, BƏM (Beynəlxalq Ədalət Məhkəməsi) kimi bütün beynəlxalq qrumlar sionizmin təsisi altındadır və onların öz maraqlarına uyğun olmayan bir qərarı vermirlər.

Türkiyənin "Səadət Partiyası" rəhbərinin köməkçisi vurğulayıb: Amerikanın bu addımı beynəlxalq hüquqa ziddir, bəşəri cinayət və terrorizmdir. Buna baxmayaraq qərbin yaratdığı və sionizmin təsir dairəsində olan beynəlxalq qrumlar bu hadisənin terror olması barədə şəffaf mövqe sərgiləmədilər və bunu onlardan gözləmirik də.

Həsən Bitməz bu terrorun hədəfləri barədə danışaraq deyib: Amerika general şəhid Süleymanini terror edərək müqavimət cəbhəsinə qorxu yaratmaq və Suriya, Livan, İraq, Fələstin və digər yerlərdə müqavimət ruhiyyəsini sındırmaq və zəiflətmək istəyirdi. Həmçinin öz sionist lobbiləri və dəstəkçilərinə bu mesajı verdi ki, sizin layihələrinizə mane olan İranla vuruşuruq və müqaviməti hədəfə almışıq.

O əlavə edib: İŞİD və digər terrorçu qruplar əleyhinə mübarizə İraqda qələbə ilə başa çatdı. Terrorçular ən az həddə və gizli fəaliyyət edirlər. Şəhid Süleymani İraqda terrorla mübarizədə tam bir təsirə malik idi. Bu qələbə çox əhəmiyyətli idi. Çünki terrorçular İslam adından müsəlmanlar və İslam əleyhinə sui-istifadə edirdilər. Onların hədəfi İslami ölkələrdə sabitliyi pozmaq və onları zəiflətmək və beynəlxalq cəmiyyətdə İslama qarşı nifrət yaratmaqdır.

Həsən Bitməz vurğulayıb: Şəhid Qasim Süleymani təkfirçi terrorçuların məhv edilməsində təsirli bir rol ifa etdi. Öz elm və təcrübəsinə dayanaraq İslam ilə heç bir əlaqəsi olmayan təkfirçilərin təhlükəsini ortadan götürmək üçün bütün vücudu ilə mübarizə etdi. Allah ondan razı olsun. Dünyanın hər yerində insaflı insanlar onun terror edilməsinə reaksiya verdilər. Türkiyə dövləti və xalqı onun şəhadəti ilə bağlı başsağlığı verdilər. Bu barədə və onun şəxsiyyətini tanıdan müsbət televiziya proqramlı hazırlandı və efirə getdi. Mən iki dəfə onunla görüşmüşəm və şəhadət verirərəm ki, o agah və ixlaslı bir müsəlman idi. İslami vəhdətə bütün varlığı ilə inanırdı. Bütün vücudu ilə bunun üçün çalışırdı. Sionist düşmənin bütün hiylələrinə agah idi və düşmənə qarşı mübarizə edirdi. Və ömrünü bu mübarizəyə həsr etmişdi. Qüds ordusunun komandiri üçün Fələstin və Qüds məsələsi çox əhəmiyyətli idi. İsmayil Həniyyə onu Qüds şəhidi adlandırmışdı. Mən də deyirəm ki, o, "İslam şəhidi"dir. Fələstin və müqavimət şəhididir. Allahın rəhməti ona olsun.

Müsahibə etdi: Mürtəza Kərimi

Add Comments