Əfqanıstanın Nanqarhar şəhərində Taliban İŞİD-ə qarşı əməliyyat keçirib

Aztabriz 1 views
Nangarhar - IranPress: Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində İŞİD terror qruplaşmasının silahlı elementlərinin sığınacaqlarını müəyyən etmək üçün Taliban hərbi əməliyyatı davam edir. İran Press xəbər agentliyinin məlumatına görə, Taliban yaraqlıları çərşənbə axşamı səhər Nanqarhar əyalətinin Zəngui bölgəsində yaşayış evini hədəfə alıb və yüngül və ağır silahların və partlayışların səsi eşidilib. Taliban mənbələri İŞİD ünsürlərinin evdə gizləndiyini bildirib. Bundan əvvəl Nanqarhar vilayətində Taliban kəşfiyyat xidmətinin rəhbəri Məhəmməd Bəşir Əfqanıstanın müxtəlif bölgələrində, o cümlədən Nanqarharda İŞİD terror qruplaşmasının 300-dən çox üzvünün Taliban hərəkatına təslim olduğunu bildirmişdi. Taliban hakimiyyətə gəldikdən sonra İŞİD terror qruplaşması Əfqanıstanın müxtəlif bölgələrində, o cümlədən Nanqarhar və Kabildə törədilən partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb.

Add Comments