BÖYÜK RƏHBƏRİN "29 BƏHMƏN" QİYAMI MÜNASİBƏTİLƏ ÇIXIŞI

Sahar Azeri 1 views
İran İslam İnqilabının Böyük Rəhbəri İranın Azərbaycan bölgəsini xarici hücumlar və separatizm qarşısında möhkəm bir qala kimi dəyərləndiriblər.

Verilişin müddəti : 01:15:58

Tarix :        17-02-2021

-------------------------------------------------------

 

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahul-üzma Xamenei Təbriz əhalisinin 29 Bəhmən, 17 fevral qiyamının ildönümü münasibətilə Şərqi Azərbaycan vilayətinin nümayəndələri ilə videokonfrans formatında keçirilən görüşü zamanı buyurublar: "Azərbaycan xarici hücumlar qarşısında İranın möhkəm qalası olub, yəni biz həmişə təcavüzkar və hücumçu qonşu, istər Çar Rusiyası,istər Osmanlı İmperiyası və ya Sovet İttifaqı tərəfindən hücuma məruz qalmışıq və əgər Azərbaycan və Təbriz olmasaydı, əgər müqavimət göstərməsəydi və onların qarşısında dayanmasaydı, bu hücum ölkənin mərkəzi bölgələrini də əhatə edə bilərdi, Azərbaycan daim bu hücumları dəf edən və qarşısını alan möhkəm bir qala olubdur".

Həzrət Ayətullaul-üzma Xamenei əlavə ediblər: "Təbriz bölgəsi və Azərbaycan iki sabit və daimi kimlik xüsusiyyətinə malik olubdur; Biri İslam dininə və müsəlmanlığa dərin bağlılıq və digəri İrana qarşı güclü bir qeyrət və dəstəkdir. Bu müxtəlif dövrlərdə Azərbaycanda mövcud olub və azərbaycanlılar İslam və İrana o qədər əhəmiyyət veriblər və o qədər onların yolunda canfəşanlıq ediblər ki. Və bu məsələ ki, onlar dəfələrlə əcnəbilərin İranı parçalamaq və separatçılıq cəhdləri qarşısında dayanıblar və ölkənin bütövlüyünü qoruyublar, həqiqətən bariz və önəmli bir xüsusiyyətdir".

İslam İnqilabının Ali Rəhbəri, həmçinin bu video görüşdə İran xalqını Rəcəb ayının gəlib çatması münasibətilə təbrik ediblər və buyurublar:" Ümid edirəm ki hər kəs bu ayın mənəvi nemətlərindən bəhrələnəcəkdir. Hazırda ictimai toplantılar qadağan edilib və keçən illərdəki kimi insanların ictimai ibadətlərdə, dua və zikr məclislərində iştirak etməsi bu il mümkün deyil, lakin evlərdə Rəcəb ayının dualarından qafil olmayın və ictimai toplantıların müvəqqəti qadağan edilməsi bizi bu mübarək ayın nemətlərindən, ibadətlərindən, dua və Allahaın dərgahına təvəssüldən məhrum etməməlidir".

-------------------------------------------------------

 

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Add Comments